“ABŞ-ın müqavilədən çıxması Yaxın Şərqdə stabilliyə təhdiddir” - Lavrov

2018/05/1991-Sergey-Lavrov_1525955242.jpg
Oxunub: 2297     20:41     10 May 2018    
“Vaşinqtonun Tehranın nüvə proqramına dair müqavilədən çıxması Yaxın Şərqdə stabilliyə təhdiddir”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Rusiya İranın nüvə müaviləsinin iştirakçılarının operativ şəkildə yeni addımlar hazırlamasını zəruri hesab edir”, - deyə Lavrov bildirib.

O qeyd edib ki, ABŞ-ın İranın nüvə proqramından çıxması barədə bəyanatı verməsindən sonra Yaxın Şərqdə gərginliyin artması Vaşinqtonun bununla nəyə nail olmaq istəyinin göstəricisidir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   İran   Yaxın-Şərq   Sergey-Lavrov  


Bizi "telegram"da izləyin