“Rusiya Suriyada hərbi aktivliyin artmasına qarşıdır” - Kosaçyev

2018/05/orig-152594653224c5be596f03c6df5cce1350baab712d345_1525951874.jpeg
Oxunub: 3244     19:31     10 May 2018    
“Rusiya birmənalı şəkildə Suriyada hərbi aktivliyin artmasına qarşıdır”.

Ordu.az Nation-news.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası Beynəlxalq Komitəsinin rəhbəri Konstantin Kosaçyev bəyan edib.

“Rusiya Suriyada hərbi aktivliyin artmasına qarşı çıxış edir və İran-İsrail münaqişəsində tərəflərdən hər biri ilə danışıqlar apararaq gərginliyin eskalyasiyasına çalışmağa hazırdır”, - deyə Kosaçyev bildirib.

O qeyd edib ki, Suriya ərazisindəki qarşıdurmalar tərəflərdən heç bir üçün faydalı olmayacaq, əksinə, Suriya xalqının növbəti əzablar çəkməsinə və yeni dağıntılar, qurbanlara səbəb olacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kosaçyev   Suriya-böhranı  


Bizi "telegram"da izləyin