ABŞ qırıcısı Tükiyədə təcili eniş etməli olub – SƏBƏB

2018/05/5345_1525940836.jpg
Oxunub: 3042     16:26     10 May 2018    
Aviadaşıyıcıdan Suriyda qalan İŞİD qüvvələrini məhv etmək üçün havaya qalxan “Boeing” F/A-18E qırıcısı fövqəladə şəkildə Türkiyənin “İncirlik” bazasına enib.

Ordu.az “The Drive” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ ordusundan olan mənbələr məlumat yayıb.

Məlumata görə, hadisə 7 may 2018-ci ildə ABŞ-ın 136-cı zərbə eskadriliyasının “Harry Truman” avidaşayıcısından səmaya qalxan qırıcısının pilotu anidən özünü pis hiss edib və ona kabinədən çıxmağa aviabazanın yerüstü personalı yardım göstərib.

Səbəb olaraq oksigen çatışmazlığı göstərilir. Bu problem ABŞ qırıcılarından artıq çoxdandır var. Daha öncə F-22 “Raptor”, F-35 “Joint Strike Fighter” və F/A-18 “Hirnet” qırıcılarında da bu problem yaranıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   İŞİD  


Bizi "telegram"da izləyin