Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə 9 may tarixində Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vigen Sarkisyan keçirdiyi mətbuat konfransında bildirib.
Vigen Sarkisyan Davit Tonoyanla 19 ildən artıqdır ki, tanış olduqlarını, onun bilik və bacarığının, təcrübəsinin müdafiə naziri kimi səmərəli olacağını və Tonoyanı bu vəzifədə görməyə şad olacağını bildirib.
Onun sözlərinə görə, son 1.5 il ərzində görülən işlər barədə Tonoyanın təsəvvürləri daha yaxşıdır və səmərəli iş görə bilər.
Vigen Sarkisyan iqtidarda olan bir komanda üzvü olaraq, Davit Tonoyanın müxalifətlə belə danışıqlar aparması və razılıq verməsinin onu təəcübləndirdiyini etiraf edib. Bu cür hərəkətin özü üçün yolverilməz hesab etdiyini qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az