Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Vigen Sakisyan silahlı qüvvələrin hərbi qulluqçularına müraciət edərək, müdafiə naziri kimi öz fəaliyyətini başa vurması barədə məlumat verib.
“Siyasi hadisələr səbəbindən mənim sizinlə vidalaşmağım nəzərdə tutduğum vaxtdan tez başa çatdı. Bu cür doğrudur. Müdafiə naziri siyasi vəzifədir, onun fəaliyyəti birbaşa tərəfdarlarının sayından asılıdır” - deyə müraciətində Sarkisyan bildirib. mişdir.
Xatırladaq ki, Vigen Sarkisyan müdafiə naziri vəzifəsinə 2016-cı ilin oktyabr ayında təyin edilib.
Alpər Mövludoğlu
Ordu.az