Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni müxalifətinin və Ermənistan Parlamentində “Yelk” fraksiyasının lideri Nikol Paşinyan bldirib.
“Ölkədəki etirazlar lazım olan qədər davam edəcək. İqtidar partiyası artıq məğlub olub, sadəcə hələlik bunu dərk etmir”, - deyə Paşinyan açıqlayıb.
O qeyd edib ki, əgər iqtidar partiyası ordunu İrəvana göndərsə, onlar xalqa qoşulacaq.
“Bundan 100 faiz əminəm. Biz yolları maşınlarla deyil, tanklarla bağlayacağıq”, - deyə Paşinyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az