Ordu.az “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, bu barədə rəsmi Bağdaddan olan mənbələr məlumat yayıb.
Məlumata görə, terrorçuların hücumu İraq paytaxtının şimalında yerləşən Ət-Tarmində gerçəkləşib. Yaşayış məntəqəsi bir neçə gün öncə İraq Silahlı Qüvvələri ilə qarşıdurmalar şəraitində terrorçuların nəzarətinə keçmişdi.
Ölənlərin sayı barədə məlumat ilkin xarakter daşıyır. İraq ordusundan olan mənbələr qeyd edirlər ki, terror hücumunun qurbanları çox böyük rəqəm təşkil edir.
Ağalar Qəribov
Ordu.az