Daxili Qoşunların mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, Ş. Məmmədov Pakistan hərbi attaşeliyi ilə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında son illər yaranmış qarşılıqlı əməkdaşlıq münasibətlərinin bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə əminliyini bildirib.
İkitərəfli münasibətlərin ölkələrin gələcək inkişafına böyük təkan verəcəyini vurğulayan polkovnik N. Y. Çodri səmimi qəbula görə təşəkkürünü ifadə edib. Qonaq öz növbəsində Azərbaycan Respublikasının Daxili Qoşunları ilə Pakistan İslam Respublikasının müvafiq qurumu arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün lazımi dəstək verəcəyini vurğulayıb.
Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə qeyd olunub ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında hərbi sahədə daim inkişaf edən əlaqələr hər iki tərəf üçün faydalıdır.
Ordu.az