Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bununla əlaqədar olaraq Gürcüstan müdafiə naziri Levan İzoriya və Baş Qərargah rəhbəri, general-mayor Vladimir Çaçivaya Əfqanıstan və Afrika qitəsində keçirilən beynəlxalq missiyalarda iştirak edən sülhməramlıları da video-konferensiya vasitəsilə təbrik ediblər.
Vazianidə yerləşən 4-cü mexanikləşdirilmiş birqadanı isə Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş naziri Georgi Kvirikaşvili, parlament rəhbəri İrakli Kobahizde və Müdafiə Nazirliyinin digər yüksək çinli nümayəndələri təbrik edəcəklər. O cümlədən Senakidə yerləşən 2-ci piyada birqadasında da gürcü ordusunun yaradılma günü qeyd ediləcək.
Ağalar Qəribov
Ordu.az