Son illərdə Belarus və Azərbaycan hərbi-texniki və siyasi əməkdaşlığı uğurla inkişaf edir. Hərbi və siyasi ekspertlərin əksəriyyətinə aydındır ki, bu il əməkdaşlıq yeni səviyyəyə yüksəlir. Rusiya, elə Ermənistan mətbuatında da bu fakta dair xeyli sayda materiallar çap olunur.
Qarşılıqlı faydalı əməkdaşlığa təkanı, Azərbaycan müdafiə naziri Zakir Həsənovun 2017-ci ilin oktabrı və 2018-ci ilin fevralında Minskə səfərləri verdi. Böyük razılaşma gözlənilir – Azərbaycan Belarusdan hədəfləri 200-300 kilometrdən çox məsafələrdə vurmağa qadir “Polonez” yüksək dəqiqlikli reaktiv yaylım atəşi sistemlərini alır.
Bu razılaşma həm də regionda Ermənistanın daxili siyasi qeyri-stabilliyindən qanaqlanan siyasi turbulentliyinin müşahidə olunması ilə təqdirəlayiqdir. Orada hakmiyyətə hansı qüvvələr gələ bilər? İrəvanda hakimiyyətin liberallar tərəfindən tutulması uzunmüddətli Qarabağ münaqişəsinin konstruktiv müstəvidə həllinə səbəb ola bilər. Lakin məncə, erməni inqilabının radikallaşması nəticəsində erməni hökumətinin milliyyətçi qüvvələr tərəfindən ələ keçirilməsi baş tuta bilər. Məsələn, artıq düynanın ən varlı ermənisi – hazırki xarici işlər naziri səlahiyyətlərini icra edən Karen Karapetyanın qohumu Simvel Karapetyan İrəvana gəldi. Simvel Karapetyanın səfərinin məqsədi təəssüf ki, mətbuatda açıqlanmır.
O cümlədən təəssüf ki, erməni diaspirunda ASALA-nın fəaliyyəti ilə əlaqələri olan aqressiv elemetnlər var və onlar Azərbaycan-Ermənistan münaqişəsinin bundan sonra da eskalyasiyasına hədəfləniblər. Regionda yeni Belarus silahının peyda olması erməni inqilabının radikallaşacağı halda İrəvanda qaynar başların soyumasına kömək olacaq və regionda xaosun artmasının qarşısını alacaq.
Müdafiə sahəsində Belarus-Azərbaycan əməkdaşlığının inkişafı Minsk və Bakıya bir sıra daha az əhəmiyyət kəsb etməyən məslələr üzrə də dialoq yaratmağa kömək edəcək. Söhbət energetika, maliyyə, birgə infrastruktur layihələri, həmçinin region üçün sadə olmayan zamanda bizim strateji müttəfiqimizin təhlükəsizliyini möhkəmləndirməyə yardım olacaq.