Vigen təşvişdə: Müxalif fraksiya Tonoyanı müdafiə naziri olaraq görür

2018/04/David-Tonoyan56456_1524743305.jpg
Oxunub: 3728     19:45     26 Aprel 2018    
“Müdafiə naziri vəzifəsinə gözəl nümayəndə hazırki fövqəladə hallar naziri David Tonoyandır”.

Ordu.az xəbər verir k, bunu Ermənistan parlamentinin “Yelk” fraksiyasından olan deputatı Ararat Mirzoyan öz “Facebook” səhifəsində qeyd edib.

O, yeni hökumətin formalaşdırılması zamanı müdafiə naziri vəzifəsinə ən uyğun namizəd kimi fövqəladə hallar nazirinin səlahiyyətlərini yerinə yetirən, keçmişdə isə müdafiə nazirinin birinci müavini olan David Tonoyanı görüb.

“Müdafiə naziri vəzifəsinə gözəl nümayəndə hazırki fövqəladə hallar naziri David Tonoyandır. Cənab Tonoyan əsl peşəkar, vicdanlı şəxsiyyətdir və heç vaxt korrupsiya qalmaqalının qəhrəmanı olmayıb. Əminəm ki, onun rəhbərliyi altında bizim ordumuz qısa müddətdə modernləşdiriləcək və hər zaman öz yeganə funksiyası – vətəndaşlarımızın müdafiəsinə xidmət edərək heç zaman siyasətə qarışmayacaq.

Ümid edirəm ki, cənab Tonoyan vətənimizə bu statusda xidmətini davam etdirər. Ümumiyyətlə, vicdalı və peşəkar insanlar işləməyə davam etməlidirlər”, - deyə Mirzoyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Vigen-Sarkisyan   Tonoyan  


Bizi "telegram"da izləyin