Erməni deputat: ““Hərbi qulluqçular və hərbi xidmət haqqında” qanununda boşluq var”

2018/03/135_1521050979.jpg
Oxunub: 1180     02:09     15 Mart 2018    
“Xarici dövlətlərdə təhsil alan uşaqlar barədə məsələ nəzərdə tutulmayıb””.

Ordu.az News.am saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə və Təhlükəsizlik üzrə Parlament Komissiyasının daimi clasında ““Hərbi qulluqçular və hərbi xidmət keçmə haqqında qanun”a əlavələrin edilməsi barədə” qanun layihəsinin müzakirəsi çərçivəsində iqtidarda olan Respublika partiyasının deputatı Miqran Poqosyan bəyan edib.

Onun sözlərinə görə, qanuna “Ermənistan Respbliaksında” sözlərindən sonra “və ya xarici ölkələrdə” sözlərini əlavə etmək təklif olunur.

““Hərbi qulluqçular və hərbi xidmət haqqında” qanununda boşluq var. Xüsusən xarici dövlətlərdə təhsil alan uşaqlar barədə məsələ nəzərdə tutulmayıb”, - deyə Poqosyan açıqlayıb.

Deputat qeyd edib ki, bu imkan dövlət tərəfindən qanunvericilik səviyyəsində təqdim edilib, lakin bu, yalnız Ermənistan Respublikası ərazisində təhsil alan yuxarı sinif şagirdlərinə aiddir, erməni vətəndaşlığına sahib və ölkə hüdudlarından kənarda təhsil alan uşaqlar isə qanunvericilik çərçivəsindən kənarda qalıblar.

Qanun layihəsi parlament komissiyasında vahid səslə qəbul olunub.

Qeyd edək ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin 12 illik təhsilə keçən yeganə ölkəsidir və bunun nəticəsi olaraq bir çox uşaqlar artıq məktəbi bitirənədək yetkinlik yaşına çatır və hərbi mükəlləfiyyətli olurlar.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Erməni-ordusu   Vigen-Sarkisyan   1000-dram  

Erməni deputat: ““Hərbi qulluqçular və hərbi xidmət haqqında” qanununda boşluq var”

2018/03/135_1521050979.jpg
Oxunub: 1181     02:09     15 Mart 2018    