“The Jerusalem Post”: Azərbaycan İsrail silahının əsas alıcılarından biridir

2018/03/345345345345_151455011323423_1521027029.jpg
Oxunub: 1295     19:28     14 Mart 2018    
Bazar ertəsi Stokholm Beynəxlalq Dünya Problemlərinin Araşdırılması İndstitutunun (SIPRI) açıqladığı hesabata əsasən İsrail ABŞ, Rusiya, Fransa və Almaniyadan sonra dünyada ən çox silah satan 5-ci ölkədir. 2017-ci ilin yekunlarına görə, İsrail silahları, hərbi texnika və hərbi texnologiyalarının əsas alıcları Hindistan, Vyetnam və Azərbaycandır.

Ordu.az xəbər veri ki, bu barədə İsrailin “The Jerusalem Post” nəşri məlumat yayıb.

SIPRI-nın yenilənmiş məlumatına əsasən ötən il Hindistan İsraildən 715 milyon dolar (2016-cı ildə bu vəsait 767 milyon dollar təşkil edib) dəyərində silah alıb.

Vyetnam ötən il İsrailndən 142 milyon dollar dəyərində silah alıb. Bununla İsrail Rusiyadan sonra Vyetnamı ən çox silahla təchiz edən ikinci ölkə olub.

Azərbaycan 2017-ci ildə İsrail silahının ən iri üçüncü idxalçısı olub. SIPRI-nın məlumatına görə, Azərbaycan İsraildən 137 milyon dolarlıq silah alıb. Beləliklə, Rusiya və İsrail Azərbaycanın ən böyük silah təchizatçıları olub.

Xatırladaq ki, Bakıda mətbuat konfransında İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə çıxış edən prezident İlham Əliyev Azərbaycanın müdafiə sənayesi sahəsində İsraillə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığının artıq bir neçə ildir davam etdiyini bildirib. 2016-cı ilin dekabrındakı məlumata görə, indiyədək Azərbaycan və İsrail arasında müdafiə avadanlıqlarının alınması üzrə imzalanan müqavilələrin ümumi qiyməti 4 milyard 850 milyon dollar təşkil edir.

Beləliklə, ötən ilki 137 milyon dollarlıq müqavilələri nəzərə almaqla Azərbaycan və İsrail hərbi texniki əməkdaşlığının yüksək səviyyəsini fərqəndirmək olar.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Azərbaycan-İsrail   SIPRI  

“The Jerusalem Post”: Azərbaycan İsrail silahının əsas alıcılarından biridir

2018/03/345345345345_151455011323423_1521027029.jpg
Oxunub: 1296     19:28     14 Mart 2018    