Ordu.az xəbər verir ki, Azərbaycana iri həcmli silah idxal edən ölkələr arasında birinci yerdə İsrail (137 milyon dollar), ikinci yerdə Rusiya (128 milyon dollar) yer alır.
Rusiyadan silah idxalı
SIPRI-nın məlumatına görə, 2017-ci ildə Rusiyadan idxal edilən silahlar.
TOS-1 ağır artilleriya (2011-ci ildə 36 ədəd sifariş edilib. 2013-2017-ci illərdə tədarük edilib);
BTR-82A IFV (2016-cı ildə 70 ədəd sifariş edilib. 2017-ci ildə 40 ədəd tədarük edilib);
9M123/AT-15 “Xrizantema-U” tankəleyhinə raketləri üçün (2017-ci ildə 800 ədəd sifariş və tədarük edilib);
9P157-2 “Xrizantema-U” tankəleyhinə raket kompleksi (2017-ci ildə 24 ədəd sifariş və tədarük edilib);
Azərbaycan Respublikası Müdafiə Nazirliyi qeyd olunanlardan BTR-82 A zirehli maşınlarının və “Xrizantema-U” tankəleyhinə raket kompleksi sistemlərinin alınması və tədarükü barədə məlumat verib.
Azərbaycan 2017-ci ildə SIPRI bazasına daxil edilməyən Rusiyadan alınmış "TOS-1A" ağır artilleriya üçün raketləri nümayiş etdirib. Rusiyanın Beynəlxalq silah ticarətinin təhlili mərkəzinin (ЦАМТО) verdiyi məlumata görə, Azərbaycan Rusiyadan 24 ədəd ağır artilleriya “TOS-1A” alıb.
Qeyd edək ki, Azərbaycan Ordusu aprel döyüşləri zmanaı erməni işğalçılarının əks-hücumlarının qarşısını almaq üçün düşmənin hərbi obyektlərinə qarşı “TOS-1A” “Solntsepyok” ağır reaktiv odsaçanlardan istifadə edib.
İsraildən silah idxalı
SIPRI-nın məlumatında görə 2017-ci ildə İsraildən idxal edilən silahlar.
OPV-62 markalı gözətçi gəmiləri (4 ədəd 2015-2017-ci illərdə tədarük edilib);
"Spike" tankəleyhinə raket kompleksləri gəmilər üçün (215 ədəd 2014-2017-ci illərdə tədarük edilib);
Orbiter-1K pilotsuz uçuş aparatları, Azərbaycanda yığılan “Zərbə” adlı növləri (40 ədəd 2016-2017-ci illərdə tədarük edilib);
Özüyeriyən artilleriya - Çexiya, Slovakiya
SIPRI mərkəzinin məlumatına görə, 2017-ci ildə Azərbaycan Çexiyadan 3 milyon dollar, Slovakiyadan 12 milyon dollar dəyərində silah idxal edib. Bununla da Azərbaycan Çexiyadan 10 ədəd 122 mm-lik RM-70 yaylım atəşli reaktiv sistem, Slovakiyadan isə 18 ədəd 152mm-lik DANA özüyeriyən artilleriya kompleksi idxal edib.
RM-70 kompleksləri ilk öncə İsrailə, oradan Azərbaycana göndərilib.
SIPRI-nın məlumatına görə, özüyeriyən artilleriya sistemləri isə Azərbaycana 3-cü ölkənin vasitəsilə göndərilib və bu 3-cü ölkənin adı naməlumdur.
Xatırladaq ki, bu sistemlər ölkəmizdə 2017-ci ilin sentyabr ayında keçirilən təlimlər zamanı nümayiş etdirilib. Beləliklə, SIPRI-nın hesabatına görə, 2017-ci ildə Azərbaycan İsrail, Rusiya, Slovakiya və Çexiyadan 279 milyon dollarlıq silah alıb.
Əlavə edək ki, bu struktur müntəzəm olaraq hesablamaları yeniləyir.
Əgər 2017-ci ildə nəşr olunan hesabatda, 2016-cı ildə Azərbaycanın 257 milyon dollar dəyərində silahlanma idxal etdiyi qeyd edilirdisə, artıq bu hesabatda 2016-cı ildə Bakının 272 milyon dollarlıq silah idxal etdiyi qeyd olunur.
Əlavə edək ki, 2017-ci ildəki təchizatçılar siyahısında, 2016-ci ilin siyahısından fərqli olaraq Türkiyə qeyd edilməyib.
Alpər Mövludoğlu
Ordu.az