Yaponiya MN: F-35-lərin alınması zəruridir

2018/02/855_1519468638.jpg
Oxunub: 1827     18:24     24 Fevral 2018    
“Çin və Rusiyanın regionda aktivləşməsi ilə əlaqədar olaraq F-35 qırıcılarının alınmasını zəruri hesab etmək olar”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki,bu barədə Yaponiya müdafiə naziri İtsunori Onodera bəyan edib.

O, bu barədə Yaponiya Silahlı Qüvvələrinin Aomori prefekturasında yerləşən Misava aviabazasındakı çıxışı çərçivəsində bildirib.

Onodera aviabazada F-35A qırıcılarının Yaponiyada yerləşdirilməsinin açılışına həsr edilən tədbirdə iştirak edib.

“Amerika qırıcılarının ölkə ərazisində yerləşdirilməsi mühüm əhəmiyyətə malikdir. Belə ki, Yaponiya İkinci Dünya Müharibəsi dövründən ən sərt təhlükəsizlik təhdidləri ilə üzləşir”, - deyə Onodera bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   F-35   ABŞ  


Bizi "telegram"da izləyin