Rusiya “Hmeymim”ə daha 2 ədəd Su-57 göndərib

2018/02/sukhoi-pak-fa-su-57-3345345_151323410932423_1519463116.jpg
Oxunub: 3687     17:11     24 Fevral 2018    
Rusiya Suriyada yerləşən “Hmeymim” aviabazasına daha 2 ədəd Su-57 göndərib.

Ordu.az Newsru.co.il saytına istinadən xəbər verir ki, bu barədə Suriyalı bolger Ualil əl-Hüseyni məlumat yerləşdirib.

Əl-Hüseyninin sözlərinə görə, yeni gələn Su-57 qırıcılarını Su-30SM müşayət edib.

Buna baxmayaraq, hələlik Rusiya və Suriya hökuməti bu barədə məlumat yaymayıb. Lakin bir sıra Rusiya siyasətçiləri artıq bu xəbəri təsdiq ediblər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Hmeymim   Su-57  


Bizi "telegram"da izləyin