İran XİN: Raketlər milli təhlükəsizlik məsələsidir

2018/02/345345_1519460542.jpg
Oxunub: 4152     16:21     24 Fevral 2018    
Tehran özünün raket proqramı üzərində kompromisə getməyəcək çünki, raketlər ölkəni potensial xarici təhdidlərdən müdafiə etmək üçün zəruridir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri BBC-yə müsahibə verən İran Xarici İşlər nazirinin müavini Abbas Araqçi səsləndirib.

“Biz, raketlərimiz, xüsusilə ballistik raketlərlə bağlı danışıqlar aparmayacayıq. Bunlar bizim milli təhlükəsizlik məsələmizdir. Heç kəs milli təhlükəsizliyi üzərində güzəştə getməz”, - deyə Araqçi əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Raketlər  


Bizi "telegram"da izləyin