Taliblərin hücumu nəticəsində 25 əfqan hərbçisi həlak olub

2018/02/456456_1519454867.jpg
Oxunub: 3142     14:52     24 Fevral 2018    
Radikal “Taliban” hərəkatının Əfqanıstanın cənubunda yerləşən Fərəh qəsəbəsinə hücumu baş tutub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu arədə “Pakhwok” agentliyi məlumat yayıb.

Məlumata görə, taliblər Fərəh qəsəbəsində yerləşən hərbi hissəyə hücum ediblər. Hücum nəticəsində ən azı 25 əfqan hərbçisi həlak olub.

Qeyd edək ki, bu gün Əfqanıstanda daha iki partlayış baş verib. Səhər saatlarında Kabildə baş verən partlayışda 2 nəfər həlak olub, 6 nəfər yaralanıb. Daha bir partlayış isə Ləşkərgə şəhərində baş verib. Bu partlayışda bir nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Əfqanıstan  


Bizi "telegram"da izləyin