Yaponiya ABŞ-ın KXDR-ə qarşı sanksiyalarını dəstəkləyir

2018/02/207677523423_1519452000.jpg
Oxunub: 1827     13:58     24 Fevral 2018    
“Pxyonçxanda keirilən Olimpiadanın fonunda Pxenyanla Cənubi Koreya arasında əlaqələr yaxşılaşsa belə, Şimali Koreyaya təsiri davam etdirmək zəruridir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya baş nazirinin müavini Kentaro Sonoura bəyan edib.

“Birləşmiş Ştatların KXDR-ə münasibətdə sanksiyaları genişləndirməsi Yaponiya hökuməti tərəfindən müsbət qarşılanır. Amerika tərəfinin bu qərarı Pxenyanın nüvə silahı və ballistik raket proqramının inkişafını davam etdirməsiylə bağlıdır”, - deyə Sonoura bildirib.

O qeyd edib ki, sanksiyaların davam etdirilməsi KXDR-i danışıqlar masasına əyləşməyə məcbur edə biləcək ən doğru yoldur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin