Ordu.az “Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-dan olan keçmiş diplomatlar bəyan edib.
Nəşr xatırladır ki, ötən həftə Münhendə keçirilən təhlükəsizlik konfransında ABŞ və NATO Donbasa Ukrayna və Rusiya diplomatları ilə Donbasa sülhməmralıların daxil edilməsi məsələsini müzakirə ediblər.
Bəzi amerikalı siyasətçilər iddia edirlər ki, bununla Vaşinqton Rusiya prezidentinin öncədən planlaşdırdığı tələyə düşə bilər.
Oğul Corc Buşun administrasiyası dövründə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olan Con Bolton iddia edir ki, beynəlxalq təşkilatların sülhməramlı missiyaları hələ heç bir münaqişəni həll etməyib. Bu səbəbdən münaqişənin donmasına izn verməmək üçün Donbasa sülhməramlıların daxil edilməsi məsələsini daha ətraflı götür-qoy etmək lazımdır.
Ağalar Qəribov
Ordu.az