Ordu.az “Arab News” nəşrinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı xarici işlər naziri Adel əl-Cübeyir bəyan edib.
O, bu barədə Avropa Parlamentinin Xarici İşlər üzrə Komitəsi qarşısında çıxış edərkən bildirib.
“Müqavilənin fəaliyyət müddətinin bitməsi barədə fikirlər İranla nüvə razılaşması halında yolverilməzdir. Bu çox təlhükəlidir,” – deyə əl-Cübeyir bildirib.
Əl-Cübeyir iddia edir ki, İran əgər istəyərsə, bir neçə həftə çərçivəsində atom bombası belə hazırlaya bilər.
Ağalar Qəribov
Ordu.az