Hindistan Odişa sahilindəki döyüş gəmisindən “Dhanush” ballistik raketin sınağını keçirib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nüvə imkanlı yer-yer raketinin sınağı uğurlu olub.
Qeyd edək ki, Hindistan ordusunun Strateji Qüvvələr Komandanlığının inventarına daxil olan raket həm dəniz, həm də qurudakı hədəfləri vurmağa qadirdir. Raket 350 kilometr mənzilə sahibdir və 500 kiloqram yük daşıya bilir.
Ağalar Ağalarlı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər: