Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu həftə Tramp şirkətin icraçı direktoru Dennis Myulenburqu Ağ Evdə qəbul edib. Məqsəd isə əngələ dirənən müqavilə üzərində danışıqları başa çatdırmaqdır.
ABŞ HHQ və “Boeing” ötən ilin yayında xidmətə verilən iki ədəd “Boeing” 747 təyyarəsinin kompleks modifikasiyası ilə bağlı bir müddətdir ki, danışıqlar aparır. Bəzi mənbələr danışıqların olduqca peşəkar keçdiyini, lakin xeyli əngələ dirəndiyini bildirir
Əsas məsələlərdən biri hökumətin şirkətlə bağlayacağı müqavilənin növündədir. HHQ sabit qiymətli müqavilə imzalamaq istəyir. Bununla o, öncədən razılaşdırılmış qiymətə təyyarələri almağa və sonradan ortaya çıxan hansısa xərcləri qarşılamaqdan boyun qaçırmağı planlaşdırır. Qeyd edək ki, tərəflər 2011-ci ildə hava tankeri ilə bağlı bu tipli bir müqavilə imzalayıblar. Lakin “Boeing” hələki bununla razılaşmır.
Qeyd edək ki, əslində bu layihə daha əvvəl HHQ ilə “Boeing” arasında razılaşdırılmışdı. Müqavilənin ümumi dəyəri həmin vaxt 4 milyard dollar kimi müəyyən edilib. Lakin Tramp prezidentliyə gəldikdən sonra müqaviləni tənqid edərək, sifarişin ləğv edilməsini istəyib.
Ağalar Ağalarlı
Ordu.az