Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Krallığın Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti bəyanat yayıb.
“Patrul gəmisi “HMS Mersey” və bir ədəd “Wildcat” helikopteri Rusiya donanmasının üç döyüş gəmisinin kanaldan keçidini izləyib”, - deyə bəyanatda qeyd olunub.
Buna kimi isə Fransa donanması sözügedən gəmilərinin Biskay körfəzindən keçidinə nəzarət edib.
Məlumat üçün qeyd edək ki, Rusiyanın hərbi gəmiləri Suriyadakı missiyadan Severomorsk bazasına geri dönərkən izlənilib.
Ağalar Ağalarlı
Ordu.az