Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrində birgə həyata keçirdiyi "Zeytun Budağı" əməliyyatı nəticəsində daha üç kənd terrorçulardan təmizlənib.
Ordu.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, azad edilən məntəqələr Rəhmanlı, Aşağı Kurqan və Zəhra kəndləridir.
Məlumat üçün qeyd edək ki, bununla da Afrində terrorçulardan təmizlənən kəndlərin sayı 71-ə çatıb.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Afrin
Zeytun-Budağı
Türkiyə