Suriyanın cənubundakı Dera vilayətində “Əl-Qaidə”nin komandirlərindən biri Yəhya əl-Qaisi məhv edilib.
Ordu.az “Əl-Məsdər” informasiya agentliyinə istinadən xəbər verir ki, hadisə Əl-Qərbiyə qəsəbəsində baş verib.
Hadisə zamanı 4 naməlum silahlı əl-Qaisini atəşə tutublar. Daha sonra hadisə yerindən qaçan silahlıların kimliyi müəyyənləşdirilməyib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Əl-Qaidə
Suriya
Dera