Lavrov: “Qərb Cenevrə prosesi əvəzinə Suriyada rejimi dəyişmək istəyir”

2018/02/820_1519304808.jpg
Oxunub: 1619     21:07     22 Fevral 2018    
“Moskva Qərbin Cenevrə danışıqlarında “B” planına keçərək fokus göstərməklə Suriyada rəhbərliyi dəyişmək istəyindən şübhələnir”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Mövcud faktorların cəmi belə təssürat oyadır ki, Şərqi Qutadadkı vəziyyətlə bağlı qətnamə qəbul etmək istəyənlər Rusiya, İran və Çinin mövqeyini nəzərə almamaqla Suriyada rejimi devirmək niyyətindədirlər. Lakin Moskva bu fokusa qarşıdır”, - deyə Lavrov bildirib.

O qeyd edib ki, əgər bu dəfə də Rusiyanın mövqeyi nəzərə alınmasa, artıq rəsmi Moskvada Qərbin niyyətinin Suriyada terrorçuları Dəməşqdən qorumağa çalışmasından ibarət olması barədə təəssürat yaranacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   BMT   Qərb  


Bizi "telegram"da izləyin