Ordu.az Unian.ua saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri baş qərargahının rəisi Viktor Mujenko bəyan edib.
O qeyd edib ki, separatçı qüvvələrə qarşı antiterror əməliyatları artıq tamamlanıb, bundan sonra Donbasdakı silahlılara qarşı əməliyyatlar yeni rəhbərlik orqanının idarəetməsi altında həyata keçiriləcək.
“Fevralın 20-də Ukrayna prezidenti tərəfindən imzalanan qanunla ATO formatında mübarizə sonlanır. Bunda sonra əməliyyatlar Birləşmiş Qüvvələrin rəhbərliyi altında icra ediləcək”, - deyə Mujenko bildirib.
Ağalar Qəribov
Ordu.az