Peskov: “Şərqi Qutada təqsirkar terrorizmi dəstəkləyənlərdir”

2018/02/813_1519301615.jpg
Oxunub: 3892     20:18     22 Fevral 2018    
“Suriyanın Şərqi Quta regionunda mövcud olan vəziyyətdə günahkar terrorizmi dəstəkləyənlərdir”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

O qeyd edib ki, Şərqi Qutada olan vəziyyətə görə məsuliyyət hələ də orada qalan terrorçuları dəstəkləyənlərin üzərindədir.

“Nə Rusiya, nə Suriya, nə də İran belə dövlətlər siyahısına aid deyil. Biz Suriyada məhz terrorizmlə mübarizə aparanlarıq”, - deyə Peskov bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   Şərqi-Quta  


Bizi "telegram"da izləyin