Suriya hökumətinin dəstəklədiyi qüvvələr Afrinə gəlib

2018/02/808_1519298625.jpg
Oxunub: 3570     19:23     22 Fevral 2018    
Suriya hökumətinin dəstəklədiyi qoşunlar ölkənin ərazi bütövlüyünün qorunması üçün Afrin bölgəsinə gəliblər.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Afrin zonasında olan mənbələr məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Suriya hökumətinin dəstəklədiyi qüvvələr artıq Afrin şəhərinə daxil olub.

Lakin qoşun sayının hələlik yetərincə az olduğu bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Afrin-əməliyyatı   Zeytun-budağı  


Bizi "telegram"da izləyin