Bəkir Bozdağ: “Dəməşq və YPG qoşunların Afrinə gəlməsi barədə razılaşa bilmədi”

2018/02/801_1519296596.jpg
Oxunub: 1989     19:05     22 Fevral 2018    
“Rəsmi Dəməşq və YPG terrorçuları regiona hökumət qüvvələrinin daxil olması barədə danışıqlar apardı, lakin bu mövzuda razılığa nail ola bilmədilər”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə baş naziri Bəkir Bozdağ bəyan edib.

“Dəməşq nümayəndələri YPG ilə danışıqlar apardı, lakin onlar razılığa gələ bilmədilər”, - deyə Bəkir Bozdağ bildirib.

O qeyd edib ki, əgər Suriya qoşunları Afrində YPG və ya PYD formasında görünsə, onlar Türkiyə Silahlı Qüvvələrinin hədəfinə çevriləcəklər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Afrin-əməliyyatı   Zeytun-budağı   Suriya  


Bizi "telegram"da izləyin