Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Kabildə səfərdə olan Pakistan Silahlı Qüvvələri Baş Qərargah rəisi general Qəmər Cavid Bəcva səsləndirib.
Qeyd edək ki, general Bəcva Kabildə baş tutan regional ordu rəhbərlərinin görüşündə iştirak edir. Görüşdə həmçinin Əfqanıstandakı ABŞ qoşunlarının komandiri general Con Nikolson, ABŞ Mərkəz Komandanlığının komandiri general Cozef Votel və Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan Baş Qərargah rəisləri iştirak edir.
Ağalar Ağalarlı
Ordu.az