Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya rəsmiləri bildirib.
Qeyd edək ki, bu ayın əvvəllərində əldə edilən məlumatlara görə, Pxenyanın Mirim aeroportunun yaxınlığında 13 min personal müəyyən edilmişdi.
Lakin son xəbərlər bu rəqəmin 50 minə yüksəldiyini göstərir. Cənubi Koreya Baş Qərargahının mətbuat katibi Ro Cae-çon bildirib ki, Cənubi Koreya ordusu ABŞ-la koordinasiyalı şəkildə Şimaldakı hərəkətləri diqqətli olaraq izləyir.
Qeyd edək ki, Şimali Koreya müstəqilliyinin 70-ci ildönümü ilə əlaqədar olaraq fevralın 8-də böyük hərbi parada hazırlaşır.
Ağalar Ağalarlı
Ordu.az