Ordu.az CNN-ə istinadən xəbər verir ki, bu fikirləri Birləşmiş Ştatların Mərkəz Komandanlığının rəhbəri general Cozef Votel səsləndirib.
Münbic Suriyanın şimalındakı açar nöqtədir. O Hələbin şimalında və Suriya-Türkiyə sərhədindəki Cerabulusun 40 kilometrliyində yerləşir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə Afrin əməliyyatının Münbicə doğru genişləndiriləcəyi siqnallarını verib. ABŞ ordusunun bu açıqlaması isə onsuz da gərgin olan Türkiyə və ABŞ qoşunları arasında potensial hərbi qarşıdurma risklərini daha da artırır.
Ağalar Ağalarlı
Ordu.az