Ukrayna MN “Javelin”lərin təhvil verilmə zamanından xəbərsizdir

2018/01/34534u563478569347895_1517040678.png
Oxunub: 1458     16:21     27 Yanvar 2018    
“Ukrayna Silahlı Qüvvələrinin ABŞ-ın “Javelin” tank əleyhinə raket kompleksləri ilə təchiz ediləcəyi vaxt hələ bəlli deyil”.

Ordu.az İnforesist.org saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Stepan Poltorak bəyan edib.

“Dəqiq tarix fevralın 2-də mənim Vaşinqtona baş tutacaq səfərimdən sonra bəlli olacaq”, - deyə Poltorak bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenko Davosda Ukraynaya “Javelin” tank əleyhinə raket sistemlərinin təhvil veriləcəyi dəqiq tarixlərin artıq bəlli olduğunu açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Javelin   Poltorak  


Bizi "telegram"da izləyin