ABŞ PUA-sı gün ərzində Donbas sərhəddində kəşfiyyat aparıb

2018/01/295_1517039188.jpg
Oxunub: 3185     15:45     27 Yanvar 2018    
ABŞ Hərbi Hava Qüvvələrinin RQ-4B strateji PUA-sı Donbasda çoxsaatlıq kəşfiyyat uçuşu həyata keçirib.

Ordu.az Segodnya.ua saytına istinadən xəbər verir ki, bu barədə Qərb aviasiya monitorinqi resursları məlumat yayıb.

Məlumata əsasən, ABŞ PUA-sı gün ərzində Ukrayna və Donetsklə Luqansk separatçı əraziləri arasındakı sərhəd xətti üzərində uçuş həyata keçirib, lakin xətti separatçılar tərəfə keçməyib.

Uçuş təxminən 15,5 min kilometr yüksəklikdə və 600 km/saat sürətilə həyata keçirilib.

Qeyd edək ki, PUA havaya İtaliyada qalxıb və Ukraynaya Rumınya ərazisində daxil olub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   PUA   Donbas  


Bizi "telegram"da izləyin