Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.
O, bu barədə Havay adalarında Amerika Silahlı Qüvvələri Sakit okean komandalığının baş qərargahında Cənubi Koreya milli müdafiə naziri Con Yon Mu ilə KXDR məsələsini müzakirə edərkən bildirib.
“KXDR lideri Kim Çen In və onun provokasiyalarına diplomatik cavabın istifadə edilməsi ilə layiqli ritorik üstünlüyü hiss etdirmək zəruridir. Problemin hərbi çıxış yolu variantlarından diplomatik danışıqlarda qorxu vasitəsilə üstünlük qazanmaq üçün istifadə etmək lazımdır”, - deyə Mettis qeyd edib.
Nazirin sözlərinə görə, KXDR-ə beynəlxalq təsiri davam etdirmək lazımdır. Bununla belə, Mettis Koreyaarası danışıqlara müsbət yanaşdığını da açıqlayıb.
Ağalar Qəribov
Ordu.az