Tramp 2019-cu ildə müdafiə büdcəsini artırmağı planlaşdırır

2018/01/f-usdefbud-a-20180128-870x65356756_1517033941.jpg
Oxunub: 3391     14:16     27 Yanvar 2018    
ABŞ prezidenti Donald Tramp 2019-cu il büdcəsində müdafiə xərcləri üçün 716 milyard dollar tələb edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər veriri ki, bu barədə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib.

Vəsaitin 597 milyard dolları Müdafiə Nazirliyinin əsas büdcəsi, geri qalan hissəsi isə onun müharibə xərcləri və Enerji Nazirliyinin nüvə silah proqramı kimi digər sahələrə ayıracağı ehtimal edilir.

Qeyd edək ki, Tramp 2018-ci il üçün də 668 milyard dollarlıq vəsaitdən kəskin sıçrayış edib. Bu tendensiya 2019-cu ildə də davam etdiriləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Müdafiə-büdcəsi  


Bizi "telegram"da izləyin