Suriya müxalifəti Soçi konqresində iştirakdan imtina edib

2018/01/290_1517030464.jpg
Oxunub: 4327     13:28     27 Yanvar 2018    
Danışıqlar üzrə Suriya müxalifətinin komitəsi Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresində iştirakdan imtina edib.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat bu gün komitənin “Twitter” hesabında məlumat yerləşdirilib.

“Suriya müxalifətindən olan inqilabi qüvvələrin danışqlar üçün mayəndə heyəti Rusiya tərəfindən yanvarın 29-30-u tarixlərində Soçidə keçiriləcək konferensiyanın boykotu barədə bəyan edib”, - deyə məlumatda bildirilir.

Lakin Suriya müxalifətinin Moskva platformasının sədri Kadri Cəmil konqresə dair bu qərarı yekun nəticə hesab etmir və qeyd edir ki, qərarın dəyişməsi də mümkündür.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Suriya-müxalifəti   Soçi-konqresi  


Bizi "telegram"da izləyin