Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Kəşfiyyat dairələrində adı açıqlanmayan mənbələri dinləməyin. Yox, biz də onları yoxlamağa hazırlaşmırıq. Biz bu barədə heç bir rəsmi bəyanat eşitməmişik. Rusiya beynəlxalq ictimaiyyətin beynəlxalq qaydalara riayət edən məsuliyyətli üzvüdür”, - deyə Peskov bildirib.
Qeyd edək ki, bu ərəfədə “Reuters” agentliyi adı açıqlanmayan Qərbi Avvropa kəşfiyyat mənbələrinə əsasən KXDR-in Rusiya vasitəsilə Cənubi Koreya və Yaponiyaya kömür satması ilə bağlı məlumat yayıb.
Ağalar Qəribov
Ordu.az