Qutada 64 raket hücumu həyata keçirilib

2018/01/654645645_1516967774.jpg
Oxunub: 4558     19:54     26 Yanvar 2018    
Suriya ordusu son 24 saat ərzində Qutanın şərqinə 65 raket zərbəsi endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları Müşahidə Qrupu bildirib.

Qrupun sözlərinə görə, Qutanın şərqindəki Arbin şəhərinə 64 ədəd yer-yer raketi atılıb. İtkilər yaxud yaralananlar haqda məlumat verilməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Quta  


Bizi "telegram"da izləyin