Suriya ordusu Rusiyadan növbəti texnika partiyası alacaq - FOTO

2018/01/282_1516962052.jpg
Oxunub: 2111     18:19     26 Yanvar 2018    
Yaxın zamanlarda Suriya ordusu Rusiyadan göndərilən maşınlarla öz avtoparkını genişləndiriləcək.

Ordu.az Vestnik-rm.ru saytına istinadən xəbər verir ki, bu barədə Türkiyə dəniz resursları məlumat yayıb.

Məlumata əsasən, Bosfor boğazından Tartusa istiqamətlənən “İnjener Trubin” gəmisi keçib.

Gəminin göyərtəsində isə Rusiya və Sovet istehsalı olan müxtəlif maşınların yerləşdirildiyi qeyd olunur.

Sosial şəbəkədə yayılan görüntülərdə QAZ-66, QAZ-3308 “Sadko”, “Ural” 4320, “KamAZ-4310”, ZiL-131 yük maşınlarını fərqləndirmək mümkündür. O cümlədən UAZ-3962 sanitar maşını da gəmidə yer alan avtomobillər sırasındadır.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya  


Bizi "telegram"da izləyin