Suriyada ABŞ nəzarətində olan ərazidə 5 terrorçu öldürülüb

2018/01/463692945645_1516958382.jpg
Oxunub: 2439     17:36     26 Yanvar 2018    
Suriya hərçbiləri ABŞ-ın nəzarətində olan Ət-anf rayonunda 5 terrorçu məhv ediblər, həmçinin məhv edilən terrorçularda Avropa istehsalı olan müasir radioelektron mübarizə avadalıqları aşkarlanıb.

Ordu.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya hərbi mənbələri məlumat yayıb.

Qeyd edilir ki, əraziyə nəzarət zamanı Suriya ordusunun əsgərləri 3 maşınla hərəkət edən, ağı pulemyotlarla təchil olunmuş terrorçu kolonu aşkarlayıblar. Terrorçuların böyük sürətlə Suriya-İraq sərhəddinə irəlilədikləri bildirilir.

Lakin “Dəməşq” xalq birliyinin səyləri və Suriya ordusunun 3-cü tank diviziasının zərbələri nəticəsində terrorçuların qarşısının alındığı qeyd olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-ABŞ   Terror  


Bizi "telegram"da izləyin