Türkiyə Baş Qərargahı: Afrində 343 terrorçu zərərsizləşdirilib

2018/01/RTX4GM42-pic685-685x390-188434576456_1516956910.jpg
Oxunub: 2815     16:53     26 Yanvar 2018    
Türkiyə Silahlı Qüvvələri və onlarla əməkdaşlıq edən “Suriya Azadlıq ordusu” Afrində 343 terrorçunu zərərsizləşdirib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, “Zeytun budağı” əməliyyatı çərçivəsində ən azı 343 terrorçu zərərsizləşdirilib. Əməliyyat plana uyğun rejimdə davam edir.

Həmçinin geridə qalan gecə ərzində Türkiyə Hərbi Hava Qüvvələrinin 13 təyyarəsinin terrorçuların 23 hədəfini məhv etməsi də qeyd olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Afrin   Zeytun-budağı  


Bizi "telegram"da izləyin