Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya baş naziri Sindzo Abe bəyan edib.
“Şimali Koreya nüvə-raket silahları üzərində işlərə davam edir, dialoq xatirinə dialoq isə mahiyyət daşımır”, - deyə Abe bildirib.
Ekspertlərin fikincə, Abenin KXDR-lə danışıqlara getmək istəməməsinin əsl səbəbi fərqlidir. Belə ki, Tokio Birləşmiş Ştatların təzyiqi altında müstəqil xarici siyasət yürütmək hüququna malik deyil və bu baxımdan Yaponiyanın KXDR-ə qarşı bu mövqedə olması normaldır.
Ağalar Qəribov
Ordu.az