Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bir müddət öncə Rusiya KİV-ləri Çinin Əfqanıstanda hərbi baza tikəcəyini iddia edib. İddia daha sonra ABŞ və Çin mediasında da müzakirə olunub.
Lakin Çin Müdafiə Nazirliyinin mətbuat katibi Vu Qiyan iddiaların əsassız olduğunu bildirib.
“İki dövlətin normal təhlükəsizlik əməkdaşlığı var. Digər dövlətlər kimi Çin də müdafiə və terrorizmlə müharibədə Əfqanıstan dəstək verir. Lakin Əfqanıstanda hərbi baza tikiləcəyi ilə bağlı iddialar heç bir əsasa söykənmir”, - deyə Qiyan qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az