Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Validimir Putin Qorbunov adına Kazan Aviasiya Zavodunda işçilərlə söhbəti çərçivəsində bildirib.
“Bu təyyarənin yaradılması yüksək texnologiyalar sahəsində inkişaf və ölkənin müdafiə qabiliyyətinnin möhkəmlənməsi baxımından ciddi addımdır, çünki bu həm də bizim havadakı nüvə triadasının elementlərindən biridir”, - deyə Putin qeyd edib.
Rusiya lideri təyyarənin yaradılması üzrə işləri Qorbunov adına zavodun böyük uğuru adlandırıb.
“Rusiyada hərbi sahə ilə yanaşı mülki aviasiyaya da böyük diqqət göstərmək lazımdır. Bu məqsədlə gələcəkdə Tu-160-ın mülki versiyasının yaradılması üzrə işlər üzərində də düşünməyin gərəkli olduğunu düşünürəm”, - deyə Putin vurğulayıb.
Ağalar Qəribov
Ordu.az