ABŞ-Cənubi Koreya təlimləri mart ayında keçiriləcək

2018/01/south-korea-us-military-exercises-8399434564_1516882041.jpg
Oxunub: 1916     20:07     25 Yanvar 2018    
ABŞ və Cənubi Koreya Qış Olimpiya və Paralimpiya oyunlarının başa çatması ilə mart ayında ortaq hərbi təlimləri proqrama uyğun olaraq həyata keçirəcəklər.

Ordu.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat katibi Çoy Hyunso bildirib.

Hər il eyni vaxtda baş tutan təlimlər bu il olimpiya oyunlarına görə təxirə salınıb. KXDR isə Cənubi Koreyanı təlimləri həmişəlik ləğv etməyə səsləyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR   Təlimlər  


Bizi "telegram"da izləyin