Moskva və Dehli 5.5 milyard dollarlıq müqavilə üzrə danışıqlar aparır

2018/01/53453453_1516881076.jpg
Oxunub: 4309     19:48     25 Yanvar 2018    
“Rusiyanın Çinə S-400 “Triumf” havadan müdafiə sistemlərini çatdırmağa başlamasına baxmayaraq, Hindistana 40-400 kilometr mənzilli çoxlüləli sistemlərin satışı üzrə müzakirələr davam etdirilir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri “Rostec” korporasiyasının icraçı direktoru Sergey Çemezov səsləndirib.

O bildirib ki, tərəflərin tələsmədən kontraktla bağlı danışıqları davam etdirməsi olduqca önəmlidir.

“Sazişlə bağlı danışıqlar inkişaf mərhələsindədir. Hazırda müqavilənin texniki detalları müzakirə olunur. Bu layihə üzrə hökumətlərarası razılaşma cəmisi bir il bundan əvvəl Qoada imzalanıb. Buna görə də tələsməmək və tərəflərin ortaq məxrəcə gəlmələri üçün gözləmək önəmlidir”, - deyə Çemezov qeyd edib.

Qeyd edək ki, ümumi dəyəri 5.5 milyard dollar olan layihə Putinin 2016-cı ilin oktyabrında Hindistana səfəri zamanı razılaşdırılıb. Bundan sonra isə texnoloji transfer, son qiymət və personalın yetişdirilməsi ilə bağlı müzakirələr başlayıb.

Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, sistemlərin çatdırılmasına kontrakt tam şəkildə razılaşdırıldan iki il sonra başlanacaq. Hindistan ilkin olaraq 12 ədəd S-400 sistemi almağı planlaşdırsa da, sonradan bunu beşə endirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Hindistan   S-400  


Bizi "telegram"da izləyin