Ordu.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT İdarəsinin Cinayətkarlıqla Mübarizə üzrə rəhbəri Vladimir Voronkov bəyan edib.
“Xarici terrorçular çox təhlükəli fenomendir. İraq və Suriyada öldürməyi öyrənən, texnologiyalara və terrorçu fəaliyyətinin aparılmasını öyrənən, ölüm ideologiyası ilə bihuş edilən bu başkəsənlər çox dəhşətli hadisə törədə bilərlər”, - deyə Voronkov bildirib.
Onun sözlərinə görə, söhbət xeyli sayda belə terrorçudan gedir və onların sayının dəqiqliklə təxmin edilməsinin qəlizliyi başqa növ problemlərə yol açır.
“Müharibənin qızğın vaxtında İraq və Suriyada döyüşən terrorçuların sayı 110 ölkədən 40 min nəfərə çatırdı. Bəzi qiymətləndirmələrə görə, ən azı 5600 terrorçu öz evlərinə, yəni ən azı 33 ölkəyə geri dönüblər. Bu, hər kəs üçün təhlükədir və biz buna ciddi yanaşmalıyıq”, - deyə Voronkov açıqlayıb.
Ağalar Qəribov
Ordu.az